Novruz Məmmədov: Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir

12:46 - 21 / 04 / 2018
Novruz Məmmədov: Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir

Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirək. Azərbaycan bu illər ərzində dünyanın ən böyük layihələrini icra edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin iclasında çıxış edən Azərbaycan Respublikasının yeni Baş naziri Novruz Məmmədov bildirib.

Novruz Məmmədov deyib ki, Azərbaycan geosiyasi proseslərin mərkəzində yerləşir. Belə bir vəziyyətdə sabitliyin, inkişafın davam etdirilməsi hər birimizin qarşısında böyük vəzifələr qoyur. Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir. Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq qalaraq bu yolu davam etdirəcəyik.

S.Xankişiyeva

 

Paylaş:
534

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər