Planetin ən yaşlı sakini öldü | 1news.az | Xəbərlər
Dünya

Planetin ən yaşlı sakini öldü

19:17 - 22 / 04 / 2018
Planetin ən yaşlı sakini öldü

Dünyanın ən yaşlı sakini Yaponiyadan olan Navi Tadzima 117 yaşında vəfat edib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Tadzima xəstəxanada dünyasını dəyişib.

O, 1900-cü ilin yanvarın 4-də dünyaya gəlmişdi. Onun 160 nəvəsi, eləcə də nəticələri var.

Artıq dünyanın ən yaşlı sakini titulu 116 yaşlı Tiye Miyakoya keçdi.

Daha əvvəl isə dünyanın ən yaşlı sakini 121 yaşlı Çili vətəndaşı idi.

S.Xankişiyeva

 

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər