Sərkisyan müxalifət lideri ilə danışıqları pozub | 1news.az | Xəbərlər
Dünya

Sərkisyan müxalifət lideri ilə danışıqları pozub

13:00 - 22 / 04 / 2018
Sərkisyan müxalifət lideri ilə danışıqları pozub

Bu gün İrəvanda Ermənistan baş naziri Serj Sərkisyan və onun istefasını tələb edən müxalifət lideri Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz başa çatıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, görüşün əvvəlində S.Sərkisyan danışıqların jurnalistlərin iştirakı ilə aparılmamalı olduğunu bildirib.

N.Paşinyan isə görüşdə yalnız S.Sərkisyanın istefası məsələsinin müzakirə olunacağını söyləyib. S.Sərkisyan isə deyib ki, əgər N.Paşinyan bu tonda danışacaqsa, o, hüquqi müstəviyə qayıtmağı məsləhət görür, əks halda baş verəcək hadisələrə görə məsuliyyət N.Paşinyanın üzərində qalacaq. N.Paşinyan heç kimin təhdid dilində danışmadığını, S. ərkisyanın ölkədəki vəziyyəti təsəvvür edə bilmədiyini, ölkədə hakimiyyətin xalqa keçdiyini vurğulayıb.

Parlament seçkilərində 7-8 faiz səs yığan fraksiya rəhbərinin xalq adından danışmaq hüququ olmadığını deyən Sərkisyan daha sonra artıq N Paşinyanla danışmaq arzusunun olmadığını söyləyərək görüşü tərk edib.

S.Xankişiyeva

 

Paylaş:
512

Son xəbərlər

Qaxda kafe yanıb

05 / 09 / 2025, 15:30
Bütün xəbərlər