Serj Sarkisyan istefa verib: "Mən səhv etdim"
Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib.
1news.az xəbər verir ki, bu barədə hökumətin Mətbuat xidməti məlumat yayıb.
“Nikol Paşinyan haqlı idi. Mən isə yox. Yaranmış vəziyyətdən bir neçə çıxış yolu var idi. Ancaq mən onlardan heç biri ilə getmədim. Bu, mənə xas xüsusiyyət deyil. Ona görə də baş nazir vəzifəsindən istefa verirəm. Küçə yürüşləri mənim baş nazirliyimə qarşıdır. Tələbinizi yerinə yetirirəm”, - S.Sarkisyan istefası ilə bağlı açıqlamasında vurğulayıb.
Qeyd edək ki, etiraz aksiyasının rəhbəri, deputat Nikol Paşinyan bu gün azadlığa buraxılıb və axşam qələbə mitinqinin keçiriləcəyini elan edib.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir.
1news.az