Nikol Paşinyan: Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək | 1news.az | Xəbərlər
Ermənistan

Nikol Paşinyan: Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək

22:51 - 23 / 04 / 2018
Nikol Paşinyan: Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək

"Ermənistanın yeni baş naziri yaxın bir həftə ərzində təyin ediləcək".

1news.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ölkə müxalifətinin lideri Nikol Paşinyan bildirib.

"Xalqın seçəcəyi yeni baş nazir yaxın həftə ərzində təyin edilməlidir. Bundan sonra müvəqqəti hökumət formalaşdırılacaq, daha sonra isə növbədənkənar parlament seçkiləri təyin ediləcək", - o deyib.

Qeyd edək ki, bu gün Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Karen Karapetyan müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin olunub.

1news.az

Paylaş:
827

Son xəbərlər

Bütün xəbərlər