Nikol Paşinyan: Ermənistanın baş naziri olmağa hazıram | 1news.az | Xəbərlər
Ermənistan

Nikol Paşinyan: Ermənistanın baş naziri olmağa hazıram

22:32 - 24 / 04 / 2018
Nikol Paşinyan: Ermənistanın baş naziri olmağa hazıram

"Əgər xalq istəyərsə, Ermənistanın baş naziri olmağa hazıram".

1news.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu etiraz aksiyasının lideri Nikol Paşinyan Yerevanda əcnəbi jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

"Çox güman ki, belə də olacaq. Baş nazir vəzifəsinə xalq arasından seçilmiş biri irəli sürülməlidir. Ermənistanın Respublikaçılar Partiyasından belə bir namizəd ola bilməz. Bu partiyanın erası bitib. Onlar hakimiyyəti əllərində saxlamağa cəhd göstərməməli və sakit təhvil verməlidirlər", - o əlavə edib.

1news.az

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər