ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirib | 1news.az | Xəbərlər
Siyasət

ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirib

13:35 - 25 / 04 / 2018
ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirib

ATƏT-in bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirib.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Saymon Tiller keçiriblər.

Babək Cahandarov

Paylaş:
352

Son xəbərlər

Bütün xəbərlər