Milli Məclisin növbəti iclaslarının vaxtı müəyyənləşib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin növbəti iclaslarının vaxtı müəyyənləşib

09:35 - 25 / 04 / 2018
Milli Məclisin növbəti iclaslarının vaxtı müəyyənləşib

Milli Məclisin növbəti iki iclasının tarixi və gündəliyi müəyyənləşib.

1news.az-ın verdiyi xəbərə görə, mayın 1-i və 4-ü keçiriləcək plenar iclaslarda gündəliyə  52 məsələ daxil edilib.

Bunların arasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Sosial sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqlarının qorunması haqqında” və digər qanunlara dəyişikliklərə dair layihələr var.

S.Xankişiyeva

 

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər