ABŞ Ermənistanı konstruktiv dialoqa çağırıb | 1news.az | Xəbərlər
Ermənistan

ABŞ Ermənistanı konstruktiv dialoqa çağırıb

10:21 - 25 / 04 / 2018
ABŞ Ermənistanı konstruktiv dialoqa çağırıb

Qarşıdakı günlər yeni hökumətin formalaşdırılması prosesinə başlayan Ermenistan xalqı və onun liderləri  üçün tarixi bir andır.

1news.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauertin bəyanatında deyilir.

Bəyanatda vurğulanıb: "Biz bütün tərəfləri Ermənistan konstitusiyası və qanunun aliliyi çərçivəsində konstruktiv mövqe tutmağa, hakimiyyətin sülhün təmin edilməsi yolu ilə ötürülməsinə çağırırıq. ABŞ və Ermənistan üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə yeni hökumətlə sıx əməkdaşlıq edəcəyimizə ümid edirik".

Birləşmiş Ştatlar həmçinin, erməni xalqını dialoqa çağırıb.

P.Sultanova

Paylaş:
728

Son xəbərlər

Bütün xəbərlər