Şennak adının korrupsiyaya dair hesabata salınmasına AŞPA-nin iclasında etiraz edib | 1news.az | Xəbərlər
Siyasət

Şennak adının korrupsiyaya dair hesabata salınmasına AŞPA-nin iclasında etiraz edib

13:57 - 26 / 04 / 2018
Şennak adının korrupsiyaya dair hesabata salınmasına AŞPA-nin iclasında etiraz edib

“Mən bu hesabata ona görə daxil edilmişəm ki, insan haqları müdafiəçiləri, QHT, məhbuslar və onların ailələri ilə görüşmüşəm?”

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının bu gün keçirilən iclasında avstriyalı parlamentar, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçi Stefan Şennak Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdə çıxışında deyib. 

S.Şennak bildirib ki, bu hesabat onun obyektivlik və professionallığını şübhə altına alır: “Hamı bilir ki, məsuliyyətlərimə necə ölçülü yanaşıram. Mən bir kabus yaşadım. Adım korrupsiyaya dair hesabata daxil edilib. Biz hüququn aliliyi və insan haqları sahəsində problemlərin olduğu ölkələrlə işləyirik. Belə ölkələrlə işləyəndə ehtiyatlı olmaq lazımdır. Mən Arif, Leyla Yunus, Xədicə İsmayıl kimi ekspertlərlə işləmişəm. Hesabatda adımı görəndə dəhşətə gəlirəm. Ola bilər ki, ilkin mətn yayımlanmazdan öncə daha bir araşdırma aparmaq lazım idi. Mən öz şərəfimi qorumaq və nüfuzumu geri qaytarmaq məcburiyyətində qalıram”.

Qeyd edək ki, AŞPA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPA sədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir.

S.Seyidov da AŞPA-nin yaz sessiyasının ilk iclasında çıxış edərək, 18 ildir, AŞPA-da təmsil olduğunu deyib, bildirib ki, kimsə onu korrupsiyada ittiham edə bilməz.

1news.az

Paylaş:
421

Son xəbərlər

“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25Belarus Prezidenti Füzuli rayonuna səfər edibBu gün, 11:23Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşübBu gün, 11:15Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu - FOTOBu gün, 11:04Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03
Bütün xəbərlər