Araz Əlizadə: İlham Əliyevin Türkiyəyə səfəri dosta, qardaşa səfər idi   | 1news.az | Xəbərlər
Siyasət

Araz Əlizadə: İlham Əliyevin Türkiyəyə səfəri dosta, qardaşa səfər idi  

14:17 - 26 / 04 / 2018
Araz Əlizadə: İlham Əliyevin Türkiyəyə səfəri dosta, qardaşa səfər idi  

Seçkilərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin xaricə ilk səfəri Türkiyəyə oldu.

Dövlət başçısı orada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Türkiyə münasibətlərinin hazırki və gələcək vəziyyətini müzakirə ediblər. Görüş zamanı Azərbaycanın Türkiyə ilə hərbi-texniki əməkdaşlığı daha da inkişaf etdirmək, eləcə də türk silahlarını almaq niyyəti xüsusilə vurğulanıb.  

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Sosial-demokratlar Partiyasının sədri Araz Əlizadə 1news.az-a Prezident İlham Əliyevin Türkiyəyə səfərilə bağlı şərh verib:

“Ermənistandakı vəziyyət səfər üçün zəmin yaratdı. Qonşu ölkə nədənsə baş verənləri Azərbaycanla əlaqələndirir. Hazırda Rusiya telekanallarında Ermənistanı darda qoymarıq, Azərbaycanın status-kvonu pozmağa imkan vermərik kimi fikirlər səsləndirilir.

Hazırda Türkiyə Suriya məsələsilə bağlı Rusiyanın ən dəyərli müttəfiqidir. Kreml Ankara ilə daha da yaxınlaşmaq istəyir. Şübhəsiz ki, bu məsələlər Əliyevlə Ərdoğan görüşü zamanı da müzakirə edilib”.

İki dövlətin hərbi-texniki əməkdaşlığından bəhs edən Əlizadə bildirib ki, burada perspektivlər daha genişdir:

“Türk silahları çox yaxşıdır.  Hesab edirəm nəinki türk silahlarını almaq, hətta lisenziya əsasında onların Azərbaycanda da istehsalına başlamaq lazımdır. Türkiyənin müasir silahları Azərbaycan Ordusunu daha da gücləndirəcək”.

Deputatın sözlərinə görə, Türkiyədə erkən seçkilər Ərdoğanın xalqla etibarını daha da artırmaqla bağlıdır:

“Ərdoğan istəyir ki, müstəqil xarici siyasətini davam etdirərək NATO-dan asılılıqdan uzaq olsun”.

Sonda Araz Əlizadə bildirib ki, Azərbaycanla Türkiyə münasibətləri daha da möhkəmlənəcək:

“TANAP kimi nəhəng layihələr həyata keçiriləcək. Düşünürəm ki, ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün imkanlar genişdir”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2483

Son xəbərlər

Bütün xəbərlər