Zaxarova: “Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan üçün yaradır” | 1news.az | Xəbərlər
Siyasət

Zaxarova: “Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan üçün yaradır”

18:40 - 26 / 04 / 2018
Zaxarova: “Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan üçün yaradır”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi  Mariya Zaxarova Sergey Lavrov və Edvard Nalbandyan arasında keçirilən görüşdə Ermənistanda baş verən hadisələrin müzakirə olunub-olunmamasına münasibət bildirib.

1news.az APA-ya istinadən xəbər verir ki, erməni jurnalistin Lavrov-Nalbandyan görüşündə Ermənistandakı vəziyyətin müzakirə olunması və bundan sonra iki ölkənin xarici siyasət idarələri arasında mümkün əməkdaşlıqla bağlı suala Rusiya XİN sözçüsü birbaşa cavab verməkdən yayınıb. O, Rusiyanın Ermənistanla əlaqələrinin davam etdiyini söyləyib: “Siz çox qəribə sual verirsiniz. Bizim Ermənistanla əlaqələrimiz kəsilməyib. Daha doğrusu, başa düşmürəm ki, sizin sualınız nə ilə əlaqdardır. Ermənistanda Rusiya səfirliyi, Rusiyada Ermənistan səfirliyi fəaliyyət göstərir. Başa düşə bilmirəm ki, sizin sualınız nədən qaynaqlanır”.

Erməni jurnalistin “mümkün hakimiyyət dəyişikliyindən qaynaqlanır” replikasına isə M. Zaxarova belə cavab verib: “Rusiya və Ermənistan xalqları var. Məhz bu xalqların rifahı və çiçəklənməsi üçün diplomatlar da xidmət edir. Yəni ki, xalqlar deyil, biz diplomatlar xalqlarımızın yaxşı yaşaması, birgə gələcəyi üçün fikirləşməliyik. Bu münasibətlərin davam etməsi üçün Rusiya Federasiyasından asılı olan hər şey edilib. Bura ikitərəfli münasibətlərin inkişafı, həm də regional məsələlər aiddir. Təəssüflər olsun ki, Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan üçün əsl yaradır. Biz bu məsələlərin həllində öz öhdəliyimiz yerinə yetiririk”.

1news.az

Paylaş:
514

Son xəbərlər

Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25Belarus Prezidenti Füzuli rayonuna səfər edibBu gün, 11:23Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşübBu gün, 11:15Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu - FOTOBu gün, 11:04Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir - FOTO - VİDEOBu gün, 09:58
Bütün xəbərlər