İspan siyasətçi marketdən krem oğurladığına görə işdən çıxıb | 1news.az | Xəbərlər
Dünya

İspan siyasətçi marketdən krem oğurladığına görə işdən çıxıb

10:03 - 26 / 04 / 2018
İspan siyasətçi marketdən krem oğurladığına görə işdən çıxıb

Madridin bölgə hökuməti rəhbəri Kristina Cifuentes 2011-ci ildə marketlərdən birindən krem oğurladığına dair video-görüntülər ortaya çıxdıqdan sonra işdən azad edilib.  

1news.az-ın Huriyyet-ə istinadla verdiyi xəbərə görə, həmçinin onun Kral Xuan Karlos Universitetində 2011-2012-ci illərdə hüquq fakultəsindən saxta diplom alması iddiaları da ortaya çıxıb.

Belə ki, Kristina təhdil aldığı müddətdə dərslərə girməyib və heç bir imtahanda iştirak etməyib.

S.Xankişiyeva

 

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər