9 uşaq atası anadangəlmə sonsuz imiş | 1news.az | Xəbərlər
Dünya

9 uşaq atası anadangəlmə sonsuz imiş

10:32 - 26 / 04 / 2018
9 uşaq atası anadangəlmə sonsuz imiş

Mərakeşdə baş verən bir hadisə dünya gündəminə düşüb.

1news.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 35 illik evli və 9 uşaq sahibi bir professor uroloji müayinə zamanı öyrənib ki, anadangəlmə sonsuz imiş.

Həkimlər onun sağ yumurtalığında kistanın olduğunu və bu səbəbdən heç vaxt ata ola bilməyəcəyini söyləyib.

50 yaşlı kişi arvadına heç nə demədən məhkəməyə müraciət edib və uşaqlarının DNK testini çıxartdırıb. Məlum olub ki, 9 uşağın heç biri onun deyil.

Bundan sonra şoka düşən professor boşanma üçün məhkəməyə üz tutub və 35 illik həyat yoldaşından yollarını ayırmaq qərarına gəlib.

S.Xankişiyeva

 

Paylaş:
3347

Son xəbərlər

Bütün xəbərlər