Nazir: Azərbaycan və Malayziya arasındakı çoxşaxəli ikitərəfli münasibətlər təqdirəlayiqdir | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Azərbaycan və Malayziya arasındakı çoxşaxəli ikitərəfli münasibətlər təqdirəlayiqdir

15:42 - 27 / 04 / 2018
Nazir: Azərbaycan və Malayziya arasındakı çoxşaxəli ikitərəfli münasibətlər təqdirəlayiqdir

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Malayziyanın xarici işlər naziri Anifah Aman arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirlikdən 1news.az -a verilən məlumata görə, E.Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycanın Malayziya ilə dostluq, qarşılıqlı anlaşma və etimad ruhunda olan səmimi dialoq və əməkdaşlığına böyük əhəmiyyət verdiyini bildirib.

E.Məmmədyarov iki ölkənin ortaq maraq və yaxın əməkdaşlıq əsasında qurulmuş səmimi bir münasibət formaşlaşdırdığını qeyd edib. O, iki ölkəni daha da yaxınlaşdırmaq üçün ən yaxşı zəmanət olan insanlararası münasibətlərin gücləndirilməsinin, qarşılıqlı olaraq xalqlarımızın mədəniyyətləriə marağın artırılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Nazir həmçinin, Malayziyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyini, bu çərçivədə qəbul olunmuş BMT və İƏT -in müvafiq qətnamələrini dəstəklməsinin yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və bu dəstəyin davam edəcəyinə əminliyin ifadə edib.

Malayziyanın xarici işlər naziri E.Məmmədyarova ünvanladığı məktubunda ötən 25 il ərzində iki ölkə arasında əlaqələrin bir çox sahələrdə, o cümlədən insanlararası münasibətlər səviyyəsində son dərəcədə inkişaf etdiyini qeyd edib. O bildirib ki, iki ölkə arasında qarşılıqlı anlaşma və rəğbət əsasında formalaşmış çoxşaxəli ikitərəfli münasibətlər təqdirəlayiqdir. Həmçinin nazir, ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün gələcəkdə birgə fəaliyyətin davam etdirilməsinə hazır olduğunu vurğulayıb.

1news.az 

 

Paylaş:
429

Son xəbərlər

Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblərBu gün, 13:49Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTOBu gün, 13:42“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01
Bütün xəbərlər