Türkiyə Almaniyaya nota verib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Almaniyaya nota verib

16:06 - 27 / 04 / 2018
Türkiyə Almaniyaya nota verib

Almaniyanın Ankaradakı səfiri Mart Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.

1news.az-ın Haber7-yə istinadən xəbər verir ki, səfir Türkiyədə olmadığından Nazirliyə Almaniyanın müvəqqəti işlər vəkili gedib.

Türkiyə XİN-də almaniyalı diplomata terrorçu PKK-nın Suriyadakı qolu YPG-nin Almaniyadakı fəaliyyətindən narazılıq ifadə olunaraq ölkəsinin rəhbərliyinə çatdırmaq üçün etiraz notası təqdim edilib.

Almaniyada çıxan “Der Spigel” bildirib ki, Mart Erdmann 2,5 ildir Türkiyədə fəaliyyət göstərir. O, bu müddət ərzində 21 dəfə Türkiyə XİN-ə çağrılaraq nota təqdim olunub.

S.Xankişiyeva

 

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər