“İKT-də qızlar” Günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya təşkil olunub – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“İKT-də qızlar” Günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya təşkil olunub – FOTO

10:30 - 27 / 04 / 2018
“İKT-də qızlar” Günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya təşkil olunub – FOTO

Aprel ayının sonuncu həftəsinin dördüncü günü bütün dünyada “İKT-də qızlar” Günü kimi qeyd olunur.

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən 2010-cu ildə təsis edilib. Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə qadınların İKT sahəsində rolunun artırılmasına dəstək məqsədilə 55 №-li tam orta məktəbin yuxarı sinfinin qız şagirdlərinin İKT sahəsində peşəkar kadrların yetişdirilməsində xüsusi rolu olan ölkənin lider mobil operatoru Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı Azercell-in İnsan Qaynaqları Departamentinin əməkdaşları təqdimatlar keçirib, İKT sahəsində qadınlara dəstək məqsədilə həyata keçirilən layihələrdən və imkanlardan söz açıb; Tələbə Təqaüdü Proqramı, Təcrübə Proqramı, Yay-Qış məktəbləri barədə məlumat verib. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları öz faəliyyəti, Startapların uğurları ilə məktəbliləri tanış edib. Tədbirin sonunda “İdea generation” mövzusunda seminar keçirilib. Bu seminar əsnasında məktəblilər qrup şalışması şəklində bir sahibkarın yanaşmasını öyrənərək innovativ prosesin təcrübəsini əldə ediblər.

Məlumat üçün bildirək ki, Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan Azercell MMC qadınların İKT sahəsinə cəlb olunması və onların bu istiqamətdə inkişaf etməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Layihələr çərçivəsində İT sahəsində çalışan xanımlar üçün müxtəlif proqramlar, görüşlər keçirilib, onlara İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında seminarlar təşkil olunub.

Qeyd edək ki, Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində 70-dən çox startap layihəyə dəstək olub, onlardan 45-i uğurlu biznes qurub.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

Reklam hüququnda

Paylaş:
535

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər