Bakıda Formula yarışlarında qəza baş verib - FOTO | 1news.az | Xəbərlər
FORMULA 1

Bakıda Formula yarışlarında qəza baş verib - FOTO

12:42 - 27 / 04 / 2018
Bakıda Formula yarışlarında qəza baş verib - FOTO

Bu gün Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin ilk günündə Formula 2 sinfində avtoyürüşlərin sərbəst yürüş sessiyası zamanı qəza baş verib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, “BWT Arden” komandasının pilotu Maksimilian Günterin idarə etdiyi boliddə alışma olub.

Lakin marşalların köməyi ilə bolidin yanmasının qarşısını almaq mümkün olub.

Qeyd edək ki, bu gün Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayır.

Trasda hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.

S.Xankişiyeva

Paylaş:
1983

Son xəbərlər

Bütün xəbərlər