Güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb | 1news.az | Xəbərlər
İdman

Güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb

21:27 - 30 / 04 / 2018
Güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb

Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

1news.az xəbər verir ki, yunan-Roma güləşçilərinin yarışlarının ilk günündə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Eldəniz Əzizli (55 kq) qitə çempionatının finalına vəsiqə qazanıb.

İdmançımız yarımfinal görüşündə 1:7 hesabı ilə geridə olmasına baxmayaraq, mübarizlik və əzmkarlıq göstərərək Rusiya təmsilçisi Vasili Topoevi 9:7 məğlub edib.

Onun yarışların həlledici mərhələsindəki rəqibi estoniyalı Helari Maegissalu olacaq.

1news.az

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər