Ermənistan parlamenti yeni baş naziri seçə bilməyib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan parlamenti yeni baş naziri seçə bilməyib

21:19 - 01 / 05 / 2018
Ermənistan parlamenti yeni baş naziri seçə bilməyib

Bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.

1news.az xəbər verir ki, baş nazir vəzifəsinə yeganə namizəd, “Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyan çıxış edib və deputatların çoxsaylı suallarını cavablandırıb.

Sonra səsvermə keçirilib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.

Beləliklə, Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Qanuna əsasən 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.

1news.az

Paylaş:
812

Son xəbərlər

Bütün xəbərlər