Etirazçılar yenidən meydanda: Ermənistanda bu gün yeni baş nazir seçilir | 1news.az | Xəbərlər
Ermənistan

Etirazçılar yenidən meydanda: Ermənistanda bu gün yeni baş nazir seçilir

10:23 - 01 / 05 / 2018
Etirazçılar yenidən meydanda: Ermənistanda bu gün yeni baş nazir seçilir

Bu gün Ermənistan parlamenti yeni baş nazir seçəcək.

1news.az xəbər verir ki, baş nazir vəzifəsinə Yelk" (Çıxış) fraksiyası tərəfindən Nikol Paşinyanın namizədliyi irəli sürülüb.

Paşinyan bütün tərəfdarlarını işlərini kənara qoyub, Respublika meydanına toplaşmağa çağırıb.

Artıq etirazçılar meydana toplaşmaqdadırlar və onlar böyük ekranın quraşdırıldğı meydanda parlamentin xüsusi iclasını canlı izləyəcəklər.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Aprelin 17-də baş nazir seçilən Sarkisyan həmin ayın 23-də istefa verib.

P.Sultanova

Paylaş:
831

Son xəbərlər

Bütün xəbərlər