Baqdasaryan: Paşinyanı dinlədikdən sonra qərar verəcəyik | 1news.az | Xəbərlər
Ermənistan

Baqdasaryan: Paşinyanı dinlədikdən sonra qərar verəcəyik

11:27 - 01 / 05 / 2018
Baqdasaryan: Paşinyanı dinlədikdən sonra qərar verəcəyik

Ermənistanın  Respublika partiyasının parlament fraksiyası baş nazir vəzifəsinə namizəd  Nikol Paşinyanın proqramını açıqlamasından sonra seçkilərlə bağlı qərar qəbul edəcək.

1news.az  “aysor.am”a istinadla xəbər verir ki, bunu respublika partiyasının parlament fraksiyasının rəhbəri  Vaqram Baqdasryan deyib.

Onun sözlərinə görə, dünən gecə partiyanın icra orqanının və fraksiyanın iclası keçirilib: “Qərar qəbul edildi ki, biz səhər Pashinyanı dinləyəcəyik, millət vəkillərimiz ona sual verəcək, yalnız bundan sonra biz vahid qərar qəbul edəcəyik”.

Baqdasaryan Respublika fraksiyanın parlamentin xüsusi sessiyasının keçirilməsinə hər hansı maneə törətməyəcəyini vurğulayıb.

P.Sultanova

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər