"Karapetyan hətta parlamentin spikerinə əmrlər verir" | 1news.az | Xəbərlər
Ermənistan

"Karapetyan hətta parlamentin spikerinə əmrlər verir"

12:05 - 02 / 05 / 2018
"Karapetyan hətta parlamentin spikerinə əmrlər verir"

Karen Karapetyan faktiki olaraq Respublika partiyasına rəhbərliyi əlinə alıb.

1news.az  xəbər verir ki, bu barədə  Ermənistanın “Jamanak” qəzeti yazıb.

"Karapetyan Respublika partiyasının parlament fraksiyasının işini koordinasiya edir. Və zalda oturanların çoxu onun hətta parlamentin spikeri Ara Babloyana necə əmr verdiyini görüblər”.

Karapetyan 2016-cı ildən Ermənistanın baş naziri olub. Serj Sarkisyanın baş nazir vəzifəsindən istefasından sonra isə  baş nazir vəzifəsini icra edib. 

P.Sultanova

 

Paylaş:
756

Son xəbərlər

Bütün xəbərlər