Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində yeni sektor yaradılıb | 1news.az | Xəbərlər
Siyasət

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində yeni sektor yaradılıb

17:40 - 03 / 05 / 2018
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində yeni sektor yaradılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq.

İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.

1news.az

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər