Səfir Daşqın Şikarovun ADR-in 100 illiyi ilə bağlı məqaləsi dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

Səfir Daşqın Şikarovun ADR-in 100 illiyi ilə bağlı məqaləsi dərc olunub

10:07 - 03 / 05 / 2018
Səfir Daşqın Şikarovun ADR-in 100 illiyi ilə bağlı məqaləsi dərc olunub

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ərəb, ingilis, çin və rus dillərində nəşr olunan və geniş auditoriyaya malik “Aviamost” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Müsəlman dünyasının ilk demokratik respublikasını yada salaq” adlı məqaləsi dərc olunub.

1news.az-a səfirlikdən verilən məlumata görə, millətinin xatirəsində silinməz iz buraxmaqla tarixdə adları həkk olunmuş bir sıra siyasətçi, ictimai-siyasi xadim, diplomatların olduğunu qeyd edən səfir, Azərbaycan Xalq Cümhuriyyətinin spikeri və xarici işlər naziri Əlimərdan bəy  Topçubaşovun onlardan biri olduğunu qeyd edib.

Vurğulayıb ki, tanınmış Topçubaşov ailəsində Tiflis şəhərində dünyaya göz açan Əlimərdan bəy Tiflis Gimnaziyası və sonra Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirib.

Xristianlığı qəbul etməklə sözügedən universitetdə fəaliyyətinin davam etdirilmə təklifini rədd edən Ə. Topçubaşov, Qafqaza qayıdaraq  “Əkinçi” adında ilk Azərbaycan qəzetini təsis edib. 1987-ci ildə isə Əlimərdan bəy tanınmış xeyriyyəçi Zeynalabdin Tağıyevin “Kaspi” qəzetinin baş redaktoru olub və həmin dövrdən başlayaraq siyasi fəaliyyətinə qədəm qoyub, qısa zaman ərzində Rusiya İmperiyası müsəlmanlarının liderinə çevrilib. Müsəlmanların diskriminasiyasına son qoyulması və İmperiyanın bütün subyektlərinin bərabər hüquqlarının təmin edilməsi Topşubaşovun siyasi platformasının əsaslarını təşkil edib. 1905-ci il birinci Rusiya inqilabi ərəfəsində Azərbaycan ziyalıları və burjuaziyasının məşhur görüşünün təşəbbüskarı məhz Topçubaşov olub. Həmin görüşdən sonra Rusiyada yaşayan  müsəlmanların siyasi hüquqlar və azadlıqların  təmin olunmasına dair petisiya İmperatora ünvanlanıb.

 Məqalədə, Topçubaşovun Rusiyanın ilk müsəlman partiyası olan İttifaqi-Muslimin yaradıcısı olduğu və partiyanın üç konfransının keçirtdiyi vurğulanıb. Yazıda bildirilib ki, Əlimərdan bəy 1906-ci ildə seçilmiş Rusiya Dumasında müsəlman fraksiyasına başçılıq edib, lakin parlament buraxıldıqdan sonra 3 ay müddətinə həbs olunub, deputat seçilmək hüququndan, Bakı bələdiyyəsindəki vəzifəsindən və “Kaspi” qəzetindəki işindən məhrum olub. Məhz həmin ərəfədə Topçubaşov İran Ədliyyə Nazirliyinə dəvət olunub, lakin təklifi qəbul etməyərək mübarizəsini davam etdirib.

 D.Şikarov vurğulayıb ki, 28 may 2018-ci ildə Müsəlman dünyasının ilk demokratik Respublikasının  yaradılmasından  sonra,  Topçubaşov yeni təsis olunmuş Nazirlər Kabinetinə daxil olub və özünü gənc respublikanın dünya ölkələri tərəfindən tanınmasına həsr edib. O, fövqəladə və səlahiyyətli nazir qismində Avropa ölkələri ilə əlaqələrin qurulması üçün İstanbul şəhərinə göndərilib, orada  xarici diplomatlar və siyasətçilərlə silsilə görüşlər keçirərək yeni Azərbaycanın reallıqlarını tərəf müqabillərinə çatdırıb.

BƏƏ mətbuatında nəşr olunmuş məqalədə, 7 dekabr 1918-ci ildə Ə.Topçubaşovun qiyabi olaraq ADR-in spikeri və xarici işlər naziri seçildiyi bildirilib. Eyni zamanda Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyətini formalaşdırıb.

Ə. Topçubaşov 1919-cu ilin may ayında ABŞ,  Böyük Britaniya, Almaniya, İran, Türkiyə, Polşa və bir sıra digər ölkələrin nümayəndələri ilə görüşlər keçirib. Topçubaşovun Parisdə ən böyük nailiyyəti isə ABŞ-in prezidenti V. Vulson ilə görüşü olub. Məhz həmin görüşdən sonra Vulson “Bundan sonra Azərbaycan xalqı müstəqilliyini və azadlıqlarını qoruyub saxlamaq üçün böyük Amerikanın dəstəyini alacaqdır” sözlərini deyib.

Səfir, 15 yanvar 20120-ci ildə Ə.Topçubaşova Fransa xarici işlər nazirliyində Azərbaycan xalq Cümhuriyyətinin Fransa və müttəfiq ölkələr tərəfindən  de-fakto tanınmasına dair sənədin təqdim olunduğunu və  bunun  Azərbaycan diplomatiyasının böyük uğuru olduğunu bildirib.

Yazıda,  qızıl ordu tərəfindən 28 aprel 1920-ci ildə Azərbaycan işğala məruz qaldıqdan sonra, Ə.Topçubaşovun vətənə dönə bilmədiyindən Parisdə qalaraq müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirdiyi bildirilib. Məqalədə o da vurğulanıb ki, “Azərbaycanın görkəmli siyasi xadimi Əlimərdan bəy Topşubaşovun 8 noyabr 1934-cu ildə vəfatından 57 il sonra onun Azərbaycan müstəqilliyinin bərpa edilməsi arzusu gerçəkləşdi. Prezident İlham Əliyevin sərəncamı ilə  2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi”.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

http://www.aviamost.ae/en/remembering-muslim-world’s-first-democracy

P.Sultanova

 

Paylaş:
962

Son xəbərlər

“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ03 / 05 / 2024, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEO03 / 05 / 2024, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib03 / 05 / 2024, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıb03 / 05 / 2024, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilib03 / 05 / 2024, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİB03 / 05 / 2024, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib03 / 05 / 2024, 16:18Ağdaşda 5 otaqlı ev yanıb03 / 05 / 2024, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb03 / 05 / 2024, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər03 / 05 / 2024, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO03 / 05 / 2024, 15:25
Bütün xəbərlər