Dünya azərbaycanlıları “AXC-nin 100 illiyi” kampaniyasını keçirəcək

Xəbər verildiyi kimi, ötən ay vətəndaş cəmiyyəti və diaspor nümayəndələrinin təşəbbüsü ilə Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması yaradılıb.
1news.az xəbər verir ki, bu Platforma çərçivəsində könüllü olaraq “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası keçiriləcək. Kampaniyanın təşkilatçıları Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir.
Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir.
Kampaniyaya 12 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna, Avstraliya, Kipr) diaspor təşkilatları qoşulub. Layihə çərçivəsində 20 gün ərzində hər dəfə bir ölkədəki diaspor üzvləri yaşadıqları şəhərin məşhur meydanlarında yerli xalq arasında AXC haqqında məlumatlandırma aparacaqlar.
Eyni zamanda əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan poster tutaraq dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını göndərəcəklər. Ayrıca Azərbaycandakı 20 QHT bu kampaniyanın virtual təbliğatını aparacaq. Sonda isə 12 ölkədən diaspor təşkilatlarının göndərdikləri videolardan ibarət video-çarx hazırlanacaq.
Kampaniyaya qoşulan təşkilatları təqdim edirik:
Xaricdəkilər
- Azərbaycan-Amerika Qadın Cəmiyyəti
- Alman-Azərbaycan Dostluq Cəmiyyəti
- Benilüks Azərbaycanlıları Konqresi
- Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi
- Krasnoyarsk diyarı üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı Təşkilatı
- Ukraynada Gənclər Dünyası İctimai Birliyi
- Azərbaycan-Kipr Dostluq Cəmiyyəti
- Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansı
- Doğu Akdeniz Universitetinin nəzdində Azərbaycan Tələbə Cəmiyyəti
- Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi
- Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Kanada Koordinatoru
- Norveçdə Atropatena Təşkilatı
- Avstraliyada Azərbaycan Mədəniyyət Assosiasiyası
- Polşada Azərbaycanlı Gənclər Şurası
Azərbaycandakılar
- “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi
- “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
- “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi
- Gənclərin Həmrəyliyi İctimai Birliyi
- Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı
- Azərbaycan Diasporu İnformasiya Mərkəzi
- Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi
- "Vəfa" Sosial-İctimai Birliyi
- “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
- Gəncə Regional Qadın Mərkəzi
- DiasporTV
- AMEA-nın Mərkəzi Elmi Kitabxanası
- Dünya Gənc Türk Yazarlar Birliyi
- İnformasiya Təşübbüslərinə Dəstək İctimai Birliyi
- Sabir Fondu
- XX Əsrin Qadınları İctimai Birliyi
- Beynəlxal Mutikultural Şəbəkəsi
- ENACTUS Azərbaycan
- “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai birliyi
- Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi
1news.az