ABŞ konqressmenləri Bakıya səfər edib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ konqressmenləri Bakıya səfər edib

10:08 - 04 / 05 / 2018
ABŞ konqressmenləri Bakıya səfər edib

Bu həftə ABŞ Konqresinin Hüquq komitəsinin sədri konqresmen Bob Qudlattenin rəhbərlik etdiyi nümayəndə heyəti Polşa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycana səfər edib.

1news.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, mayın 3-də Bakıda olan nümayəndə heyəti Baş nazir  Novruz Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov və vergilər naziri Mikayıl Cabbarovla ikitərəfli və qlobal əhəmiyyətli müxtəlif məsələləri, o cümlədən, Azərbaycanın siyasi mühiti və bazar iqtisadiyyatına davamlı keçidlə bağlı məsələləri müzakirə ediblər.

Numayəndə heyətinin üzvləri Amerika Ticarət Palatasında təşkil olunmuş  nahar vaxtı biznes liderlərlə də görüşüblər. Nümayəndə heyətinə sədr Qudlattedan (Respublikaçı - Virciniya), Keni Marçant (Respublikaçı - Texas), Mayk Bişop (Respublikaçı-Miçigan), Con Körtis (Respublikaçı-Yuta) və Henri Kuelar (Demokrat-Texas) daxildirlər.

P.Sultanova

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər