Türkiyə ABŞ-ı hədələyib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə ABŞ-ı hədələyib

12:53 - 06 / 05 / 2018
Türkiyə ABŞ-ı hədələyib

Vaşinqton Ankaraya “F-35” qırıcılarının tədarükünü əngəlləyəcəyi təqdirdə, Türkiyə ABŞ-a qarşı cavab tədbirləri görəcək.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu fikirləri CNN Turk telekanalına müsahibə verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, gələn həftə ABŞ-a səfəri zamanı bu məsələ müzakirə olunacaq.

Onun sözlərinə görə, “F-35”in satışının təxirə salnması qəbuledilməzdir.

S.Xankişiyeva

 

Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər