Əli Həsənov: “Qanunvericilik QHT-lərin azad və sərbəst fəaliyyət göstərməsini təmin edir” | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: “Qanunvericilik QHT-lərin azad və sərbəst fəaliyyət göstərməsini təmin edir”

17:10 - 07 / 05 / 2018
Əli Həsənov: “Qanunvericilik QHT-lərin azad və sərbəst fəaliyyət göstərməsini təmin edir”

“Şərqdə ilk dəfə 100 il əvvəl demokratik cümhuriyyət olan Xalq Cümhuriyyəti yaradılıb”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, müstəqillik qazanan Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin hüquqi varisidir: “Azərbaycanda hüquqi və demokratik dövlətin qurulması, azad iqtisadi münasibətlərin formalaşdırılması başlıca məqsəd kimi qarşıya qoyulur. Təəssüf ki, Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın işğalçılıq siyasəti ilə üzləşib. Beynəlxalq siyasi vəziyyət və dövlət qurumlarının o vaxtı rəhbərlərinin naşılığı sayəsində Azərbaycanda tənəzzül baş verib. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə inkişaf və liberal iqtisadiyyata keçid təmin edlib. Prezident İlham Əliyevin siyasətinin məğzində insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının inkişafı durur, bu istiqamətdə ardıcıl siyasət həyata keçirilir”.

Azərbaycanda partiya, QHT və KİV-in statistikası barədə məlumat verən Ə. Həsənov qeyd edib ki, ölkədə siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait yaradılıb: “Qanunda partiyaların dövlət qeydiyyatına alınması üçün çox sadə tələblər müəyyənləşdirilib. Hazırda 55 partiya dövlət qeydiyyatından keçib. 2012-ci ilin mayında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Hər il dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2,5 milyon manat vəsait ayrılır.

Bu vəsaitin 40 faizi parlamentə seçilmiş partiyalar arasında proporsional, 50 faizi deputatların sayına uyğun olaraq proporsional olaraq bölünür. Vəsaitin 10 faizi isə son parlament seçkilərində ən azı 3 faiz səs toplamış partiyalar arasında bölünür. Hazırda Milli Məclisdə 7 müxalifət partiyası təmsil olunur”.

O nəzərə çatdırıb ki, qanunvericilik QHT-lərin də azad və sərbəst fəaliyyət göstərməsini təmin edir: “Dövlət hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu vasitəsi ilə QHT-lərin layihələrini maliyyələşdirir. Digər dövlət qurumlarının xətti ilə də QHT-lərin layihələri maliyyələşdirilir".

Ə. Həsənov bildirib ki, dövlət və ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizminin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanacaq: "Mühüm dövlət proqramlarının hazırlanmasına QHT-lərin cəlb edilməsi təmin olunacaq. 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” qanun bu məqsədə xidmət edir. Qanuna əsasən, mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuralar yaradılıb”.

O, elektron hökumətlə bağlı görülən işlərdən də bəhs edib: “Bu sahədə əsas məqsədlərdən biri də QHT-lərə elektron xidmətlərin göstərilməsidir".

1news.az

Paylaş:
465

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər