Mübariz Əhmədoğlu: Ermənistandakı mitinqlər Dağlıq Qarabağ münaqişəsinə tam laqeydlik nümayiş etdirdi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistandakı mitinqlər Dağlıq Qarabağ münaqişəsinə tam laqeydlik nümayiş etdirdi

10:38 - 07 / 05 / 2018
Mübariz Əhmədoğlu: Ermənistandakı mitinqlər Dağlıq Qarabağ münaqişəsinə tam laqeydlik nümayiş etdirdi

Ermənistanda baş verən son proseslər Dağlıq Qarabağ prizmasından diqqət çəkir:

ı. Yerevanda keçirilən mitinqlərdə Dağlıq Qarabağ məsələsi ümumiyyətlə hallanmadı.

ıı. Dağlıq Qarabağın bayrağı görünmədi.

ııı. Dağlıq Qarabağ məsələsində tənzimlənmənin son gedişi ermənilər üçün ürək açan olmadığına görə heç bir məlumat verilmədi.

ıv. N.Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyi bəllidir. Deputat Arman Saqatelyanın söylədikləri faktdır.

1. Bako Saakyan N.Paşinyanla görüşsə də mitinq iştirakçılarına birbaşa müraciət edə bilmədi. Bunu hansı səbəbdən edə bilməməsi əhəmiyyətli deyil.

vı.Bako Saakyan vaxtını çoxunu Yerevanda keçirir.Dağlıq Qarabağa yaşamaqdan artıq qorxur

vıı. Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistanın dirçəlməsi, erməni xalqının öz dövlətçiliyini müdafiə etməsi mümkün deyil. Dağlıq Qarabağda baş verənlər Ermənistandakı mitinqlərin alt layı hesab oluna bilər.

Dağlıq Qarabağın daxilində kifayət qədər ciddi proseslər gedir. Ermənistan rəhbərliyinin ən böyük uğuru bəlkə də bu mitinqləri Amerikayönümlü elan etməsi oldu. Məhz bu səbəbə görə Dağlıq Qarabağ erməniləri hələ ki, tərəddüd edir. Amma bir azdan Dağlıq Qarabağ erməniləri tam inanacaqlar ki, Ermənistandakı mitinqlərin motivasiyasının nə olmasından asılı olmayaraq səbəbi Ermənistan rəhbərliyinin apardığı siyasətdir.

Prezident S.Sərkisyanın dövründə:

ı. Ermənistan kilsəsi mənəviyyatsızlıq yuvasına çevrildi,

ıı. Diasporla Ermənistan arasında uçurum yarandı.

ııı. Demoqrafik problem yarandı. Miqrasiyanın rəqəmləri hədsiz çox böyük idi. Bu rəqəmlər demoqrafik problemə tam şərait yaratdı.

ıv. Xarici borcu ən azı 7 dəfə artaraq 7 milyard dollar oldu.

S.Sərkisyanın dövründə Ermənistanın yeganə “uğuru” var. O da Dağlıq Qarabağ məsələsində münaqişənin tənzimlənməsinə imkan verməməkdir. Bu uğuru əldə etmək üçün Serj Sərkisyan ABŞ-ın adından Rusiyaya, Rusiyanın adından ABŞ-a yalanlar danışıb. Nəticədə, özü müdafiəsiz qaldı. Amma bu o demək deyil ki, Dağlıq Qarabağ tənzimlənməsində S.Sərkisyan istədiyinə nail oldu. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini 10 il yubatmaq Ermənistanın iqtisadiyyatının dirçəlməsini 20 il geri atmaq anlamındadır.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri

Paylaş:
356

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər