Rusiyanın Azərbaycanda yeni səfiri təyin edilib | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın Azərbaycanda yeni səfiri təyin edilib

16:16 - 08 / 05 / 2018
Rusiyanın Azərbaycanda yeni səfiri təyin edilib

Mixail Boçarnikov Rusiyanın Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

1news.az xəbər verir ki,  yeni səfir bu vəzifədə Vladimir Doroxini əvəz edib.

Moskva və bütün Rusiya Patriarxının mətbuat xidmətinin məlumatına görə, bu gün paytaxtda Patriarx Kirill və M.Boçarnikov arasında keçirilmiş görüş zamanı Bakı yeparxiyasının fəaliyyəti müzakirə olunub.

Görüş zamanı Azərbaycanda kilsə-dövlət münasibətləri məsələsi də müzakirə edilib.

M.Boçarnikov Qazaxıstanda diplomatik missiyasını 2018-ci ildə başa çatdırıb.

1news.az  

Paylaş:
294

Son xəbərlər

Bütün xəbərlər