Zakir Həsənov Türkiyəyə gedəcək | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Türkiyəyə gedəcək

16:54 - 08 / 05 / 2018
Zakir Həsənov Türkiyəyə gedəcək

Müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti mayın 9-da Türkiyənin İzmir şəhərinə gedəcək.

1news.az-ın məlumatına görə, səfərdə məqsəd Türkiyədə keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etməkdir.

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan Ordusunun 100-dən artıq hərbi qulluqçusu iştirak edir.

1news.az

Paylaş:
308

Son xəbərlər

Bütün xəbərlər