Koişiro Matsuura: Ümummilli lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında əvəzedilməz xidmətlər göstərib | 1news.az | Xəbərlər
Siyasət

Koişiro Matsuura: Ümummilli lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında əvəzedilməz xidmətlər göstərib

15:35 - 09 / 05 / 2018
Koişiro Matsuura: Ümummilli lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında əvəzedilməz xidmətlər göstərib

Ümummilli lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında əvəzedilməz xidmətlər göstərib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura müsahibəsində deyib.

Ulu öndər Heydər Əliyevin onun xatirələrində çox güclü şəxsiyyət və görkəmli dövlət xadimi kimi qaldığını vurğulayan K.Matsuura bildirib ki, ilk dəfə Azərbaycana 2000-ci ilin aprelində Prezident Heydər Əliyevin dəvəti ilə gedib. Həmin vaxt Bakıda türkdilli ölkələrin dövlət başçılarının “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinə həsr edilmiş zirvə görüşünə qatıldığını xatırladan sabiq baş direktor tədbirin onda böyük təəssürat doğurduğunu vurğulayıb.

K.Matsuura qeyd edib ki, Heydər Əliyevin onu Bakıya sadəcə sammitdə iştirak etmək üçün deyil, eyni zamanda, Azərbaycanı daha yaxından tanımaq, dostluq əlaqələrini gücləndirmək üçün dəvət etdiyini çox yaxşı başa düşürdü. Türk dilini bilmədiyim üçün Heydər Əliyev mənə xüsusi diqqətlə yanaşır, mühüm qonaq kimi mənə çox böyük hörmət göstərirdi. Sammitdən sonra Heydər Əliyevin evində birgə şam etdik. Həmin gün İlham Əliyev və Mehriban xanım Əliyeva ilə şəxsən tanış oldum. O zaman Heydər Əliyev 77 yaşında olmasına baxmayaraq, çox güclü və sağlam görünürdü. Bu görüşdən sonra həmişə onu və ailəsini çox xoş hisslərlə xatırlayıram.

İlk səfərdən sonra Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluqla danışan UNESCO-nun sabiq baş direktoru bildirib ki, məhz ümummilli lider Heydər Əliyevin böyük əməyi sayəsində bu münasibətlər möhkəm təməl üzərində quruldu. Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində bu əlaqələr daha da möhkəmlənib.

SSRİ dağıldıqdan sonra regionda çox gərgin geopolitik vəziyyətin yarandığına diqqət çəkən K.Matsuura deyib ki, Azərbaycan da bu ittifaqdan çıxmış digər ölkələr kimi müstəqilliyini qorumağa çalışırdı. İqtisadi xaosun hökm sürdüyü, ərazisinin bir hissəsi işğal olunan bir ölkəni idarə etmək çox çətin idi. Amma Heydər Əliyev çox bacarıqlı dövlət başçısı olduğunu bütün dünyaya göstərdi. O, nəinki işğalın qarşısını aldı, həm də ölkəni ağır iqtisadi durumdan çıxarmağa nail oldu. Fikrimcə, bunun kökündə Heydər Əliyevin dövlət başçısı kimi müdrikliyi və qəbul etdiyi qərarların uzaqgörənliyi dayanırdı. Heydər Əliyev müharibə vəziyyətində olan dövləti idarə etməsinə baxmayaraq, digər ölkələrə də diqqət yetirir, qarşılıqlı əlaqələrin inkişafı üçün uğurlu addımlar atırdı.

K.Matsuura məhz bu dahi siyasətçinin gərgin əməyi sayəsində ölkəmizin yenidən müstəqil dövlət kimi formalaşdığını və onun müəyyən etdiyi strategiya nəticəsində bugünkü səviyyəyə çatdığını diqqətə çatdırıb.

Həm UNESCO-nun baş direktoru işlədiyi dövrdə, həm də sonrakı illərdə Yaponiya ilə Azərbaycan arasında əlaqələrin inkişafına çalışdığını bildirən K.Matsuura bu gün də iki ölkə arasında dostluq münasibətlərinin inkişafına şəxsi töhfəsini verməyə hazır olduğunu bildirib. Keçən dövrdə Yaponiya ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişafından məmnunluğunu ifadə edən K.Matsuura həmin əlaqələrin bundan sonra da sürətlə inkişaf edəcəyinə əminliyini bildirib.

Müasir mərhələdə Azərbaycan-Yaponiya münasibətlərinin sürətlə inkişaf etdiyini qeyd edən K.Matsuura bu əlaqələrin hər iki xalqın inkişafına böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib. Azərbaycanın karbohidrogen ehtiyatlarından çox səmərəli istifadə etdiyinə diqqət çəkən sabiq baş direktor əldə edilən kapitalın həm infrastrukturun inkişafına, həm də insanların rifah halının yaxşılaşmasına yönəldilməsini müsbət qiymətləndirib.

Azərbaycan xalqına ölkəmizdə aparılan nəhəng quruculuq işlərində uğurlar arzulayan K.Matsuura oktyabrda Bakıda keçiriləcək növbəti Beynəlxalq Humanitar Forumda məmnuniyyətlə iştirak edəcəyini də vurğulayıb. O, əminliklə bildirib ki, Heydər Əliyevin müəllifi olduğu inkişaf yolunda Prezident İlham Əliyev də həmişə uğurla addımlayacaq.

S.Xankişiyeva

 

Paylaş:
305

Son xəbərlər

Mustafa Qurbanlı: SOCAR-ın məqsədi Milli Enerji Şirkəti olmaqdıBu gün, 14:50AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edibBu gün, 14:32“Yango” Azərbaycanın taksi parklarına avtomobillərini yeniləməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkBu gün, 14:24Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıbBu gün, 11:55DYP “Təmiz hava” aylığı ilə bağlı müraciət edibBu gün, 11:50Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 11:34Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 11:28“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilibBu gün, 11:23
Bütün xəbərlər