Milli Məclisdə ulu öndər Heydər Əliyevin 95 illiyi ilə bağlı xüsusi iclas keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisdə ulu öndər Heydər Əliyevin 95 illiyi ilə bağlı xüsusi iclas keçirilir

12:33 - 10 / 05 / 2018
Milli Məclisdə ulu öndər Heydər Əliyevin 95 illiyi ilə bağlı xüsusi iclas keçirilir

Milli Məclisdə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclas keçirilir.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, iclası açıq elan edən Milli Məclisin sədri Oqtay ƏsədovHeydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərindən danışıb.

Millət vəkili Zahid OrucAzərbaycan xalqının xilaskarı adlandırdığı Heydər Əliyevin tarixdə yerini aldığını bildirib: “Meksikada Heydər Əliyevin bir heykəlini götürdülər. Ancaq Heydər Əliyevin gücü heykəllərdə deyil. Bir heykəl belə olmasa, Heydər Əliyevin ürəklərdə ucalan heykəli hər zaman qalacaq. Nə zamansa hakimiyyətdə Əliyev soyadlı şəxs olmasa belə, Heydər Əliyev kursu hər zaman hakimiyyətdə olacaq. Prezident İlham Əliyev 1990-cı illərdəki çağırışlardan da ağır çağırışlarla üzləşib, bu çətinlikləri uğurla aşıb. Mənim aləmimdə İlham Əliyev 57 yaşlı Heydər Əliyevdir”.

Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov Heydər Əliyevin böyük ədib Hüseyn Cavidin nəşini Sibirdən Azərbaycana gətirtməklə Azərbaycan insanının qürurunu özünə qaytardığını söyləyib. Millət vəkili Aqiyə Naxçıvanlı Heydər Əliyevin müasir Azərbaycanın ideoloji əsaslarını yaratdığını deyib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Heydər Əliyevin böyük azərbaycanlı olduğunu vurğulayıb: “Heydər Əliyev heç vaxt ədalətsizliyə yol verməyib. Təki bugünkü çıxışların biri, ikisi 1990-cı illərində əvvəlində bir qəzetdə işıq üzü görəydi, Heydər Əliyev də bunu görəydi. Heydər Əliyevi yandıran o idi ki, vaxtilə çörək verdiyi insanlar bu parlamentdə onun üzünə dururdular. Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin davam etdirilməsində böyük rol oynayır. Bizim vəzifəmiz Heydər Əliyev siyasətinin davamçısı olan prezident İlham Əliyevi dəstəkləməkdir. Bizim borcumuz Azərbaycanın müstəqilliyini qorumaqdır”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Heydər Əliyevin elm və təhsilə xüsusi diqqət yetirdiyini bəyan edib: “Heydər Əliyevin SSRİ dövründə Moskvaya oxumağa göndərdiyi gənclərin içərisində mən də var idim. Bu gün Azərbaycanda elmi məktəblərin əksəriyyətinin rəhbəri məhz Heydər Əliyevin SSRİ-nin müxtəlif şəhərlərinə oxumağa göndərdiyi insanlar, yaxud o insanların tələbələridir”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov 1995-ci ildə qəbul edilən Konstitusiyanın hüquqi və demokratik cəmiyyət quruculuğunun əsasını qoyduğunu nəzərə çatdırıb. Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlardan söz açan Z. Əsgərov bu il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinin Azərbaycan xalqının Heydər Əliyev siyasətinin davamına və inkişafa səs verdiyini göstərdiyini söyləyib.

1news.az

Paylaş:
420

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər