BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanda insan hüquqlarını müzakirə edəcək | 1news.az | Xəbərlər
Siyasət

BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanda insan hüquqlarını müzakirə edəcək

15:04 - 10 / 05 / 2018
BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanda insan hüquqlarını müzakirə edəcək

Mayın 15-də BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupu Azərbaycanda insan hüquqlarının vəziyyətini üçüncü dəfə nəzərdən keçirəcək. İclas internet üzərindən canlı yayımlanacaq.

BMT-nin Bakı ofisindən 1news.az-a verilən məlumata görə, Azərbaycan UDİ üzrə İşçi Qrupunun 7-18 may tarixlərində keçiriləcək növbəti sessiyası zamanı nəzərdən keçiriləcək 14 dövlətdən biridir. Azərbaycan üzrə birinci və ikinci UDİ baxışları müvafiq olaraq 2009-cu ilin fevral və 2013-cü ilin aprel aylarında keçirilib.

UDİ baxışı aşağıdakı sənədlərin əsasında aparılır: 1) milli hesabat – nəzərdən keçirilən dövlət tərəfindən təqdim olunan məlumatlar; 2) Xüsusi prosedurlar üzrə mandat daşıyıcılarının (insan hüquqları üzrə müstəqil ekspertlər və qruplar), insan hüquqları üzrə müqavilə qurumlarının və digər BMT qurumlarının hesabatlarında təqdim olunan məlumatlar; 3) milli insan hüquqları təsisatları, regional təşkilatlar və vətəndaş cəmiyyəti qrupları da daxil olmaqla, digər maraqlı tərəflərin təqdim etdiyi məlumatlar.

May ayının 15-də Azərbaycan üzrə keçiriləcək baxış üçün əsas kimi çıxış edən üç hesabatla burada tanış ola bilərsiniz: http://www.ohchr.org/EN/HRBodies/UPR/Pages/AZIndex.aspx

UDİ mexanizmi BMT-yə üzv olan 193 Üzv Dövlətdə insan hüquqlarının vəziyyətinin dövri təhlilinin həyata keçirildiyi unikal prosesdir. UDİ mexanizminin 2008-ci ilin aprelində keçirilmiş birinci iclasından indiyədək UDİ prosesinin 1-ci və 2-ci siklləri ərzində BMT-nin 193 Üzv Dövlətinin hər biri üzrə iki dəfə baxış keçirilib. Üçüncü sikl zamanı dövlətlərdən əvvəlki baxışlar zamanı onlara verilmiş və yerinə yetirməyi öhdələrinə götürdükləri tövsiyələrin icrası ilə bağlı görülən tədbirləri təfsilatlı şəkildə təsvir etmələri, eləcə də ölkədə insan hüquqları sahəsində baş vermiş son prosesləri diqqətə çatdırmaları gözlənilir.

Azərbaycanın nümayəndə heyətinə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini cənab Xələf Xələfov rəhbərlik edəcək.

Azərbaycan üzrə baxışla bağlı məruzəçi qismində aşağıdakı üç ölkənin (“troyka”) nümayəndələri çıxış edir: Birləşmiş Ərəb Əmirlikləri, Ekvador və Sloveniya.

Sessiyanın internet üzərindən canlı yayımı aşağıdakı link vasitəsilə həyata keçiriləcək: http://webtv.un.org

Çıxış edəcək şəxslərin siyahısı və Azərbaycan üzrə baxış zamanı səsləndiriləcək bütün bəyanatlar UDİ-nin Ekstranet şəbəkəsində, aşağıdakı linkdə yerləşdiriləcək [istifadəçi adı:  hrc extranet (boşluq qoyulmaqla); şifrə: 1session].

UDİ üzrə İşçi Qrupunun Azərbaycanla bağlı tövsiyələri 17 may 2018-ci il tarixində, saat 17:30-da qəbul etməsi planlaşdırılır. Baxış keçirilən Dövlət müvafiq baxış zamanı ona verilən tövsiyələrlə bağlı mövqeyini bildirə bilər. Tövsiyələr həmin gün əvvəlcədən mediaya təqdim olunacaq.

 

 

Paylaş:
757

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEOBu gün, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olubBu gün, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıbBu gün, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıbBu gün, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49
Bütün xəbərlər