Tələbə qız professora etiraz olaraq soyundu – FOTO – VİDEO
Britaniyadakı Kornuoll Universitetində təhsil alan Letisiya Çay adlı 18 yaşlı tələbə kurs işinin müdafiəsi zamanı lövhə qarşısında soyunaraq alt paltarında qalıb.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, 18 yaşlı tələbə bunu müəllimi, professor Rebekka Maqqora etiraz edərək gerçəkləşdirib.
Universitetin “Physical Sciences Building” binasının konfrans zalındakı təqdimat zamanı Çay soyunandan sonra zalda olan 44 tələbədən 28-i də soyunaraq alt paltarında qalıblar.
Olayın səbəbi professor Rebekka Maqqorun ötən həftə Çaya irad bildirməsidir.
“Letisiya çox qısa cins şortda idi. Mən də ona tövsiyə etdim ki, kurs layihəsinin müdafiəsi zamanı geyim seçimində diqqətli olsun, insanların diqqətini geyimi ilə yayındıran insan təsiri bağışlamasın. Ümid edirəm ki, Letisiyanın anası onun belə geyimini təqdir etməzdi. Mən kimsəyə geyimlə bağlı göstəriş verməmişəm. Sadəcə, subyektiv fikrimi söyləmişəm”, - Rebekka Maqqor deyib.
Gənc tələbə Letisiya isə hesab edir ki, professor ona təzyiq etməyə çalışıb.
“Mənə söylədi ki, şortla müdafiəyə qatılmayım. Guya baxanların fikirləri yayınacaqmış. Mən fikir cəmləmək üçün yox, layihəmi təqdim etmək üçün danışıram. Anam isə feminizm problemlərini araşdıran professordur və geyim tərzim də onu narahat etmir”, - Letisiya Çay deyib.
1news.az