Vaşinqtonda ümummilli liderin əziz xatirəsinə güllər əkilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Vaşinqtonda ümummilli liderin əziz xatirəsinə güllər əkilib – FOTO

09:31 - 10 / 05 / 2018
Vaşinqtonda ümummilli liderin əziz xatirəsinə güllər əkilib – FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirib.

Tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, mərasimdə çıxış edən səfir Elin Süleymanov əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev barədə xatirələrini bölüşüb.

Müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu ümummilli liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan söz açıb, Ulu Öndərin Azərbaycanla ABŞ arasında münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işlərin ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd edib.

Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirməsi istiqamətində gördüyü işlərə toxunan səfir ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan söz açıb.

Daha sonra diplomat Azərbaycanın ABŞ-dakı səfirliyinin yerləşdiyi binanın ümummilli lider Heydər Əliyevin qərarı ilə alındığını diqqətə çatdırıb və bu binanın müstəqil Azərbaycan Respublikasının xaricdə diplomatik fəaliyyət üçün aldığı ilk mülk olduğunu vurğulayıb. Bu xüsusda ümummilli liderin anadan olmasının 95-ci ildönümü münasibətilə səfirliyin binasının ətrafında müxtəlif və rəngarəng güllər və çiçəklər əkilərək Ulu Öndərin əziz xatirəsi bir daha yad edilib. Beləliklə, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə əkilən güllər Vaşinqtonda Azərbaycanı təcəssüm etdirən daha bir guşəni gözəlləşdirib.

Güllərin əkilməsi mərasiminin ardınca səfirliyin inzibati binasında “Lider” televiziyası tərəfindən ərsəyə gələn “Unudulmaz” filminin Amerika Birləşmiş Ştatlarında təqdimat mərasimi keçirilib. Bu, ulu öndər Heydər Əliyevin ABŞ-ın Klivlend klinikasında müalicə aldığı dövrü işıqlandıran sənədli filmdir.

“Lider” televiziyasının və Amerika Birləşmiş Ştatlarındakı səfirliyimizin dəstəyi ilə gerçəkləşən təqdimat mərasimində diplomatik korpus, ictimaiyyət nümayəndələri, həmyerlilərimiz, media təmsilçiləri iştirak ediblər.

Filmin özəlliyi onun Heydər Əliyev barəsində geniş auditoriyaya məlum olmayan, bir çox qürurverici, duyğulandırıcı xatirələri canlandırmasıdır. Ekran əsərinin ssenari və ideya müəllifi, jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevdir.

O, çıxış edərək bildirib ki, filmin ABŞ-da təqdim olunması böyük əhəmiyyət kəsb edir. E.Niftəliyev ümummilli lider Heydər Əliyevin ömrünün son dövrünü məhz burada, Amerika Birləşmiş Ştatlarında keçməsindən, eyni zamanda, ABŞ-la Azərbaycan arasında uğurlu əməkdaşlığın, strateji əlaqələrin təməlinin məhz Ulu Öndər tərəfindən qoyulmasından bəhs edib.

Səfir Elin Süleymanov öz növbəsində ümummilli lider Heydər Əliyevin Klivlend klinikasında müalicə aldığı zamanlarda nə qədər güclü və vətənə bağlı bir insan olmasının bir daha şəxsən şahidi olduğunu bildirib.

ABŞ-ın aparıcı həkimlərinin milli liderlə bağlı xatirələrinin əks olunduğu ekran əsərində, eyni zamanda çox qiymətli və nadir arxiv kadrlarından da istifadə edilib. Ekran əsəri milli lider Heydər Əliyev irsinin araşdırılmasında yeni səhifə, qiymətsiz videomaterialdır. Xatırladaq ki, ulu öndərin 95 illik yubileyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının paytaxtında təqdim olunan “Unudulmaz” sənədli filminin təqdimat mərasimləri bundan öncə Bakıda, Daşkənddə gerçəkləşib. ABŞ-dan sonra isə filmin təqdimatının Türkiyənin paytaxtı Ankarada həyata keçirilməsi nəzərdə tutulur.

“Unudulmaz” filmi tədbir iştirakçılarında böyük və xoş təəssürat yaradıb.

S.Xankişiyeva

 

Paylaş:
375

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub02 / 05 / 2024, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib02 / 05 / 2024, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıb02 / 05 / 2024, 15:08Bazar günü 12 min şagird imtahan verəcək02 / 05 / 2024, 14:59
Bütün xəbərlər