Zakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib – FOTO

09:47 - 10 / 05 / 2018
Zakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib – FOTO

İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin mayın 9-da “Doğanbey” poliqonunda gecə mərhələsi baş tutub.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti əvvəlcə Türkiyə müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olublar.

Sonra Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə təlimin gecə saatlarında keçirilən mərhələsini izləyib.

S.Xankişiyeva

 

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər