Əli Həsənov: Erməni lobbisi təmsilçiləri ölkələrini sizin kimi müzakirə hədəfinə çevirərdilərmi? | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Erməni lobbisi təmsilçiləri ölkələrini sizin kimi müzakirə hədəfinə çevirərdilərmi?

12:08 - 10 / 05 / 2018
Əli Həsənov: Erməni lobbisi təmsilçiləri ölkələrini sizin kimi müzakirə hədəfinə çevirərdilərmi?

Dünən Azərbaycana qarşı “xüsusi marağı” ilə fərqlənən ABŞ Helsinki Komissiyasında ölkəmizdəki seçkilər və fundamental azadlıqlarla bağlı növbəti dinləmələr keçirildi. Xatırladıram ki, məhz bu Komissiyanın sədri konqresmen Kris Smit hələ 2016-cı ilin dekabrında Azərbaycana qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi irəli sürmüşdü.

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov “Facebook” səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, həmin layihənin müddəaları istər iqtisadi, istər siyasi, istərsə də hərbi sferada ABŞ-Azərbaycan münasibətlərini ciddi şəkildə korlamağa yönəlmişdi:

“Bu həmin Smitdir ki, uzun müddətdir qondarma erməni soyqırımının ABŞ hökuməti tərəfindən tanınması üçün xüsusi canfəşanlıq göstərir. Bütün ölkələrə, xalqlara və konfessiyalara eyni münasibət sərgiləməli olan Komissiya sədri özünün Ermənistana və erməni xalqına xüsusi sevgisinin olduğunu dəfələrlə etiraf edib. Budəfəki dinləmələrin də məhz onun rəhbəri olduğu Komissiya tərəfindən təşkil edilməsini təsadüfi saymaq olmaz. Tədbirdə ölkəmizdəki prosesləri yaxından izləyən, ona maraq göstərən insanlarla yanaşı, müxtəlif səbəblərdən daim kəskin anti-Azərbaycan mövqeyi tutan “ekspertlər” də iştirak edib. Dinləmərlərdəki çıxışlarla tanışlıq natiqlərin Azərbaycanda baş verən proseslər, ölkəmizdəki siyasi qüvvələr nisbəti, özlərini siyasi partiya və ya ictimai hərəkat kimi təqdim edən bəzi qurumların cəmiyyət həyatındakı real çəkisi və gerçək niyyətləri barədə çox səthi, əksər hallarda isə yanlış təsəvvürə malik olduqlarını göstərdi. Xarici qrant və ianələr hesabına Azərbaycandan kənarda informasiya resursu yaradan, bir neçə il əvvəl həmin resursa məxsus saytda erməni soyqırımının tanınmasının vacib olduğu barədə məqalə yerləşdirən bir “soydaşımız” yenə də sanksiya məsələsini gündəmə gətirdi, Azərbaycanın lobbiçilik sahəsindəki fəaliyyətini tənqid etdi, ABŞ-ı və Avropa İttifaqını növbəti dəfə ölkəmizə ciddi təzyiq göstərməyə çağırdı.

Qəribə olan həm də budur ki, son dövrlər özünü Avropadakı “iaşə müxalifəti lideri” kimi tanıtmış, vulqar davranışı, təhqiramiz ritorikası və azərbaycanlıya xas olmayan saç düzümü ilə fərqlənən birisi də həmin tədbirə dəvət edilmişdi. Nə danışdığının fərqində olmayan bu “iaşə lideri” Qərb ölkələrini Azərbaycan hakimiyyəti ilə normal münasibət saxlamaqda ittiham edir, Avropa Birliyi, aparıcı Avropa ölkələri və ABŞ liderlərinin növbədənkənar prezident seçkilərindən sonra cənab İlham Əliyevə məktub göndərərək onu təbrik etmələrini az qala faciə sayır. Təəssüf hissi ilə bildirirəm ki, xaricdə məskunlaşmış bəzi soydaşlarımız bu gün anti-Azərbaycan dairələrin əlində bir alətə çevrilib. Onlardan dövlətimizi, xalqımızı və ölkə hakimiyyətini gözdən salmaq üçün fəal istifadə edirlər. Görünür, bütün bu canfəşanlıq, müxtəlif ölkələrdə keçirilən tədbirlər, bir ölkədən digərinə və hətta bir qitədən başqasına edilən səfərlər sırf şəxsi təşəbbüs deyil. Heç şübhəsiz, bütün bunların arxasında xaricdəki bəzi anti-Azərbaycan dairələrdən və imkanlı azərbaycanlılardan alınan böyük miqdarda pullar və mütəmadi təlimatlar dayanır.

Belələrinə üz tuturam: tutduğunuz səhv yoldan çəkinin. Xaricdə öz ölkənizə və xalqınıza qarşı belə canfəşanlıqla təbliğat aparmaqdansa, intellektinizin imkan verdiyi dərəcədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırın. Bacarırsınızsa həmin ölkələrdə Azərbaycanın haqq sözünü deyən, Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxan siyasətçilərlə, politoloqlarla, QHT və KİV nümayəndələri ilə əlaqə qurun, onları öz tədbirlərinizə cəlb edin. Belə etsəniz, mənsub olduğunuz xalqın hörmət və etimadını qazanarsınız... Bir sualım da var: sizcə, dünənki dinləmələrdə salonda oturan erməni lobbisi təmsilçiləri öz ölkələrini sizin kimi müzakirə hədəfinə çevirərdilərmi? Hər halda, düşünməyə dəyər".

1news.az

 

 

Paylaş:
253

Son xəbərlər

Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olubBu gün, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildiBu gün, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİBBu gün, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıbBu gün, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilibBu gün, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdiBu gün, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıbBu gün, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAMBu gün, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıbBu gün, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıbBu gün, 14:37Prezident: COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilirBu gün, 14:36İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİBBu gün, 14:19“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - Azercell-in təşkil etdiyi təlimlər davam edirBu gün, 14:06Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıbBu gün, 13:43Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 13:37
Bütün xəbərlər