Türkiyədə beş vitse-preziden olacaq | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə beş vitse-preziden olacaq

10:26 - 11 / 05 / 2018
Türkiyədə beş vitse-preziden olacaq

Türkiyədə prezident idarəetmə formasına keçid çərçivəsində 5 vitse-prezident təyin olunacaq.

1news.az bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.

Nazirliklərin sayı isı 21-dən 15-ə endiriləcək. Bir sıra nazirliklərin birləşdirilməsi nəzərdə tutulur.

Lakin hələ ki,  bu məlumat rəsmi təsdiqini tapmayıb.

Bundan əvvəl bildirilirdi ki, 2019-cu ildə prezident idarəçiliyi formasına keçidlə bağlı Baş nazir postu ləğv ediləcək. Həmçinin, Türkiyə parlamentində deputatların sayının 550-dən 600-ə artırılacaq, yeni komissiyaların yaradılacaq.

1news.az

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər