Tbilisidə gərginlik davam edir | 1news.az | Xəbərlər
Dünya

Tbilisidə gərginlik davam edir

14:12 - 13 / 05 / 2018
Tbilisidə gərginlik davam edir

Bu gün səhər Tbilisidə polislə aksiya iştirakçıları arasında qarşıdurma olub.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, artıq 3 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılıb.

Polis parlamentin binası önündə axşamdan qurulmuş çadırları sökməyə cəhd edib. Əvvəlcə aksiya iştirakçılarına sadəcə xəbərdarlıq olunub. Amma sonra polis palatkaları sökməyə başlayıb. Bu zaman iştirakçılarla asayiş keşikçiləri arasında qarşıdurma yaranıb. Nəticədə 3 nəfər saxlanılıb.

Aksiyanın əsas təşkilatçısı “Ağ səs” (Belaya şum) İctimai Birliyinin lideri Beka Tsikarişvili parlamentin binası önünə gəlib. O, aksiyanın bu gün də davam etdiriləcəyini bildirib.

S.Xankişiyeva

 

 

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər