İndoneziyada kilsədə partlayış: 6 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

İndoneziyada kilsədə partlayış: 6 nəfər ölüb

19:29 - 13 / 05 / 2018
İndoneziyada kilsədə partlayış: 6 nəfər ölüb

İndoneziyanın Yava adasında kilsələrdə törədilən partlayışlar nəticəsində azı 6 nəfər ölüb, 35 nəfər yaralanıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, birinci partlayış Müqəddəs Mariya Katolik kilsəsinin qarşısında yerli vaxtla saat 07:15 radələrində törədilib. Sonrakı partlayışlar 5 dəqiqəyə yaxın intervalla digər iki kilsədə baş verib.

Polis nümayəndəsinin sözlərinə görə, kilsə xidmətçisi geyimində olan terrorçular binaların içərisində bombaları işə salıblar.

S.Xankişiyeva

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər