Avropalı siyasətçinin adı "arzuolunmaz şəxslər" siyahısına salınmadı | 1news.az | Xəbərlər
Siyasət

Avropalı siyasətçinin adı "arzuolunmaz şəxslər" siyahısına salınmadı

13:25 - 14 / 05 / 2018
Avropalı siyasətçinin adı "arzuolunmaz şəxslər" siyahısına salınmadı

İşğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş ACRE heyətinin üzvü Semistoklis Astenidis Azərbaycanın Belçika Krallığındakı səfirliyinə rəsmi məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.

Azərbaycan XİN-dən 1news.az-a verilən məlumata görə, məktubunda S.Astenidis ACRE-nin 2017-ci ilin dekabrında Yerevanda keçirilən tədbirində iştirak etmək üçün rəsmi nümayəndə heyətinin tərkibində Ermənistana səfər etdiyini qeyd edərək, işğal olunmuş ərazilərimizə əvvəlcədən xəbərdar edilmədən aparıldığını etiraf edib.

Məktubda qeyd olunub: “Ermənistana səfərin tərkibi olaraq bizim yerli tərəfdaşlar nümayəndə heyəti üçün bir sıra turist proqramları hazırlamışdılar. Turizm xarakterli gəzintiyə çıxmamışdan əvvəl mən yerli tərəfdaşlarımızın bizi işğal olunmuş Dağlıq Qarabağa aparacaqları barədə tamamilə məlumatsız idim. Belə ki, yola düşəcəyimiz vaxtda məqsədyönlü şəkildə səfərin təfərrüatları qeyri-müəyyən idi və hətta etiraf edim ki, aldadıcı idi”.

S.Astenidis müraciətində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə tam şəkildə hörmət etdiyini, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, bu səfərin heç bir halda Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının tanınması mənasını daşımadığını qeyd edərək, peşəkar hüquqşünas kimi ölkəmizin işğal olunmuş əraziləri ilə əlaqədar hüquqi və siyasi həssaslıqları tamamilə anladığını ifadə edir.

O, bu əmələ görə dərin təəssüfünü ifadə edir və bu ilin iyun ayında Bakıya səfər etmək üçün icazə verilməsini xahiş edir.

S.Astenidisin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısına salınmaması barədə qərar qəbul edilib.

1news.az

 

Paylaş:
268

Son xəbərlər

Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıbBu gün, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıbBu gün, 14:37Prezident: COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilirBu gün, 14:36İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİBBu gün, 14:19“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - Azercell-in təşkil etdiyi təlimlər davam edirBu gün, 14:06Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıbBu gün, 13:43Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 13:37Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdirBu gün, 13:29Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşübBu gün, 13:13Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25
Bütün xəbərlər