Türkiyəli siyasətçi XİN-dən adının "arzuolunmaz şəxslər" siyahısına salınmamasını xahiş edib | 1news.az | Xəbərlər
Siyasət

Türkiyəli siyasətçi XİN-dən adının "arzuolunmaz şəxslər" siyahısına salınmamasını xahiş edib

15:54 - 14 / 05 / 2018
Türkiyəli siyasətçi XİN-dən adının "arzuolunmaz şəxslər" siyahısına salınmamasını xahiş edib

İşğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş Türkiyə vətəndaşı, Avropa Regionları Komitəsində Avropada Mühafizəkarlar və İslahatçılar qrupunun baş katibi Neva Sadıkoğlu-Novaki Azərbaycanın Belçika Krallığındakı səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.

Bu barədə 1news.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, məktubunda N.Sadıkoğlu-Novaki təmsil etdiyi qurumun nümayəndəsi kimi Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının (ACRE) 2017-ci ilin dekabrında Yerevanda keçirilən tədbirində iştirak etmək üçün Ermənistana səfər etdiyini bildirir.

"O məktubunda yazır: “Səfərin tərkib hissəsi olaraq ACRE-nin yerli tərəfdaşları tərəfindən bir sıra mədəni tədbirlər təşkil olunmuşdu. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər günü mən səfərin əsl mahiyyəti barədə aldadıldım. Mədəni səfər hesab etdiyim gəzinti beynəlxalq hüququn pozulması və niyyətimdən kənar şəkildə mənim Azərbaycanın qeyri-qanuni işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə getməyimlə nəticələndi. Mən Ermənistanda yerli tərəfdaşlarımız tərəfindən aldadılmağımıza və Ermənistanın qeyri-qanuni əməlləri ilə bağlı şəxsi qənaətimi təhlükə altına qoyan vəziyyətdə olmağıma görə dərin təəssüf hissi keçirirəm”.

Türkiyə Respublikasının vətəndaşı olaraq ailə məsələlərinə görə hər il Azərbaycana səfər etdiyini və fərdi əsasda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycan Respublikasının mövqeyini dəstəklədiyini qeyd edən müəllif Azərbaycan ərazisinə daxil olmaq hüququnu niyyətli şəkildə təhlükə altına qoymazdı deyə yazıb. O, bu məktubu rəsmi üzrxahlıq kimi qəbul etməyi xahiş edib və ümidvarlığını ifadə edib ki, bu vəziyyət onun Azərbaycana səfər etmək üçün viza müraciətlərinə təsir etməyəcəkdir".

XİN-dən bildirilib ki, Neva Sadıkoğlu-Novakinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısına salınmaması barədə qərar qəbul edilib.

P.Sultanova

Paylaş:
254

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər