Elmar Məmmədyarov Parisdə ATƏT həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edəcək | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Parisdə ATƏT həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edəcək

20:56 - 14 / 05 / 2018
Elmar Məmmədyarov Parisdə ATƏT həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb.

1news.az-ın məlumatına görə, bu barədə XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, 15 may tarixində Parisdə xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

“Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq”, deyə H.Hacıyev qeyd edib.

1news.az

Paylaş:
410

Son xəbərlər

Bütün xəbərlər