İndoneziyada növbəti partlayış - 3 ölü | 1news.az | Xəbərlər
Dünya

İndoneziyada növbəti partlayış - 3 ölü

09:30 - 14 / 05 / 2018
İndoneziyada növbəti partlayış - 3 ölü

İndoneziyanın Yava adasında daha bir partlayış baş verib.

1news.az TASS-a istinadla xəbər verir ki, hadisə Sidoarco şəhərində yerləşən yaşayış binasında baş verib.

İlkin məlumata əsasən, mənzillərdən birində əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində biri yeniyetmə olmaqla, 3 nəfər həlak olub. Partlayış zamanı mənzildə olan daha iki uşaq sağ qalıb və təxliyə olunublar.

Qeyd edək ki, İndoneziyanın Surabaya şəhərində ötən gün 3, bu gün 1 partlayış baş verib. Ötən gün şəhərdə 3 kilsə partladılıb. Partlayışlar nəticəsində 13 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. Həmçinin polis məntəqəsinin girişində motosiklet partladılıb, nəticədə 7 polis əməkdaşı həlak olub.

1news.az  

Paylaş:
480

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər