Sərnişinlərin halı pisləşdi, təyyarə təcili eniş etdi | 1news.az | Xəbərlər
Dünya

Sərnişinlərin halı pisləşdi, təyyarə təcili eniş etdi

10:50 - 14 / 05 / 2018
Sərnişinlərin halı pisləşdi, təyyarə təcili eniş etdi

Amsterdamdan Antaliyaya uçan Transavia Hava Yollarına məxsus təyyarədə 8 sərnişinin halı qəfilətən pisləşib.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu səbəbdən təyyarə təcili eniş edib.

Məlumata görə, hadisə təyyarənin içinə qəribə bir iyin  yayılmasından sonra baş verib. Hadisə 185 sərnişinin olduğu Boeing 737-800 tipli təyyarə havaya qalxdıqdan bir saat sonra baş verib.

Huşunu itirən sərnişinlərə ilk müdaxiləni kabin heyəti göstərib. Vyana hava limanına təcili eniş edən təyyarənin iki sərnişini ambulansla xəstəxanaya çatdırılıb, 6 nəfərə isə yerində tibbi yardım göstərilib.

Hazırda hadisənin səbəbi araşdırılır.

1news.az

 

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər