Azərbaycanla Misir arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Misir arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

15:08 - 15 / 05 / 2018
Azərbaycanla Misir arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Mayın 15-də müdafiə naziri Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.

1news.az-ın məlumatına görə, nazir Azərbaycan ilə Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və hərbi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini  vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir.

Səfir də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq münasibətlərinin, eləcə də hərbi əlaqələrin inkişaf etdirilməsinə töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Babək Cahandarov

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər