Azərbaycan Ordusunda ən yaxşı topoqraf adı uğrunda yarış keçirilir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusunda ən yaxşı topoqraf adı uğrunda yarış keçirilir - FOTO

21:44 - 16 / 05 / 2018
Azərbaycan Ordusunda ən yaxşı topoqraf adı uğrunda yarış keçirilir - FOTO

Bu il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunun topogeodeziya ixtisaslı zabitləri ilə “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, yarış zamanı iştirakçılar ərazidə səmtləşmə, GPS vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir proqram təminatından istifadə edilməsi və fiziki hazırlıq üzrə bacarıqlarını göstərəcəklər.

Yarış nəticələrinə görə ən yaxşı topoqraf adına layiq görülmüş hərbi qulluqçu müəyyənləşdiriləcək.

1news.az

Paylaş:
469

Son xəbərlər

Bütün xəbərlər