Skripal xəstəxanadan buraxılıb | 1news.az | Xəbərlər
Dünya

Skripal xəstəxanadan buraxılıb

14:44 - 18 / 05 / 2018
Skripal xəstəxanadan buraxılıb

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal Böyük Britaniyanın Solsberi xəstəxanasından buraxılıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə regionun səhiyyə idarəsi məlumat verib.

“Skripal özünü yaxşı hiss edir və xəstəxanadan buraxılıb. İnsidentdə zərər çəkənlər üçün bu müddət çox ağır oldu”, - Solsberi rayon xəstəxanasının direktoru Karl Çarlz-Braks deyib.

Açıqlamada Skripalın harada olması və müalicəsini davam etdirəcəyi ilə bağlı heç bir məlumat verilməyib.

Xəstəxanadan buraxılan istənilən şəxsin məxfiliyinin qorunması hüququ var.

Xəstəxananın tibb bacısı Lorna Uilkinsonun sözlərinə görə, Skripal müalicəsini hospitaldan kənarda davam etdirəcək.

İnsidentdə xəsarət alan Skripalın qızı Yuliya apreldə xəstəxanadan buraxılıb.

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, hərbi kəşfiyyatçı Sergey Skripal və onu görmək üçün Moskvadan gəlmiş 33 yaşlı qızı Yuliya martın 4-də Solsberidə oturacaqda huşsuz vəziyyətdə tapılıb. Onlar sinir-paralitik maddədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

S.Xankişiyeva

 

Paylaş:
316

Son xəbərlər

DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTOBu gün, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunurBu gün, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTOBu gün, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıbBu gün, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgiBu gün, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcəkBu gün, 14:28Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb - FOTOBu gün, 14:16Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıbBu gün, 14:04Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİBBu gün, 13:38
Bütün xəbərlər